Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyənin Hatay bölgəsində su anbarında baş verən qəza ciddi problemlər yaradıb

Ankara, 12 yanvar, AZƏRTAC 

Türkiyənin Hatay bölgəsində yerləşən Taxtakörpü su anbarında qəza baş verib.
AZƏRTAC xəbər verir ki, qəzaya səbəb bölgədə yağan güclü yağış olub. Nəticədə Hassa ve Kırıkhan rayonlarında yaşayış evlərini və tarlaları su basıb. Hatay hava limanının giriş-çıxış yollarında nəqliyyatın hərəkəti çətinləşib. Karasu çayında suyun səviyyəsinin sürətlə artması ciddi təhlükələr yaradıb. Qəzanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-01-12 17:53:00