×
A
A
A
Sazlamalar

Şamaxı Rəsədxanasının teleskoplarında müşahidələrin yenidən təşkilinə dair müzakirələr aparılacaq

Bakı, 12 yanvar, AZƏRTAC

Yanvarın 15-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı şəhər bölməsində elmi şuranın növbəti iclası keçiriləcək.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, iclasda ŞAR teleskoplarında müşahidələrin yenidən təşkili barədə müzakirələr aparılacaq, qurumun “Vikipediya” qrupunun hesabatı dinləniləcək. Həmçinin ŞAR-ın dissertanturasına qəbul olunmuş əməkdaşların mövzularının təsdiqi məsələsinə baxılacaq. Elmi şuranın iclasında cari məsələlər də müzakirə ediləcək.

Elm və təhsil 2019-01-12 17:19:00