Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Parisdə baş verən partlayış nəticəsində dörd nəfər həlak olub VİDEO

Bakı, 12 yanvar, AZƏRTAC

Bu gün səhər saatlarında Parisdə baş vermiş partlayış nəticəsində dörd nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə BFMTV telekanalı Fransanın daxili işlər naziri Kristof Kastanerə istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, həlak olanlardan ikisi yanğınsöndürəndir.
Bundan əvvəl 12-si ağır olmaqla, 36 nəfərin yaralandığı bildirilirdi.
İlkin məlumata əsasən, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra binada yanğın başlayıb. Telekanal, həmçinin qeyd edir ki, hadisənin “sarı jiletlilər”in bu gün keçirilən növbəti etiraz aksiyası ilə heç bir əlaqəsi yoxdur.

Dünya 2019-01-12 16:50:00

Video