Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Təbriz-Bakı-Təbriz aviareysi istifadəyə verilib

Tehran, 12 yanvar, AZƏRTAC

Yanvar ayından başlayaraq İranın “İran AİR” şirkəti Təbriz-Bakı-Təbriz istiqamətində uçuşlar həyata keçirməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, reyslər həftənin 1-ci və 4-cü günləri həyata keçirilir. Təyyarə yerli vaxtla səhər saat 09:40 Təbrizdən Bakıya uçur və həmin gün 19:50-də Bakıdan Təbrizə qayıdır.
Birtərəfli biletin qiyməti 115, ikitərəfli isə 215 manatdır.
Reyslər ATR tipli təyyarələrlə yerinə yetirilir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Nəqliyyat 2019-01-12 16:43:00