Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

"Sumqayıt" futbol klubu yoxlama oyununda qələbə qazanıb

Sumqayıt, 12 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" futbol klubu yoxlama görüşü keçirib. Komanda "Dalğa Arena”nın əlavə meydançasında I Divizion təmsilçisi "Şüvəlan"la qarşılaşıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda Ayxan Abbasovun yetirmələri 4:0 hesablı qələbə qazanıb. Qolları 52, 68, 82 və 89-cu dəqiqələrdə müvafiq olaraq Murad Xaçayev, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Rüfət Abdullazadə vurublar.

İdman 2019-01-12 16:03:00