Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Sevilya” klubu Avstriya millisinin müdafiəçisini heyətinə qatıb

Bakı, 12 yanvar, AZƏRTAC
İspaniyanın “Sevilya” futbol klubu Avstriya millisinin müdafiəçisi Maksimilian Veber ilə müqavilə imzalayıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 20 yaşlı müdafiəçi Hollandiyanın “Ayaks” klubundan “Sevilya”ya 10 milyon 500 min avro qarşılığında transfer olunub.
Avstriyalı futbolçu “Ayaks” komandasının heyətində bu il 14 oyun keçirib. Veber 2018-ci ildə dünya çempionatının seçmə mərhələsində Avstriya milli komandasının heyətində iki oyun keçirib.

İdman 2019-01-12 15:21:00