×
A
A
A
Sazlamalar

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bakı, 12 yanvar, AZƏRTAC 

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Qarağac kənd sakini Rəşid Mexparadzedən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən götürülüb.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qarasu kənd sakinləri Eldar Rəhimovda “İJ-12”, Rüstəm Rəhimovda isə “İJ-43” markalı ov tüfəngləri aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Hadisə 2019-01-12 15:11:00