Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və Urmiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Sultanova İranın Urmiya Universitetinin bitki qoruma (plant protection) şöbəsində elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Nərgiz Sultanova Urmiya Universitetinin kənd təsərrüfatı fakültəsinin dekanı, professor Abbas Səmədi, dekan müavini Reza Dərvişzadə, fakültənin laboratoriya və şöbə müdirləri ilə görüşüb. Səfərin məqsədi fitovirusların molekulyar identifikasiyası sahəsində təcrübə mübadiləsinin aparılması, bu sahədə yeni metodlara yiyələnmək və MBBİ ilə Urmiya Universiteti arasında əməkdaşlıq imkanları barədə müzakirələr aparmaq olub.

Elm və təhsil 2019-01-12 14:49:00