×
A
A
A
Sazlamalar

Ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsi yaxşılaşıb

Bakı, 12 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin başçılığı ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası barədə ətraflı söhbət gedib.
AZƏRTAC xəbər verir ki, bu barədə danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iclasda deyib: “Dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib”.
İclasda nazir məlumat verib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə yardım verilməsi haqqında dövlət başçısının Sərəncamı ilə 172 min üzvü olan 42895 ailəyə vəsait ödənilib.

Sosial 2019-01-12 14:32:00