×
A
A
A
Sazlamalar

Axtarışda olan şəxslərdən 18-i ötən gün saxlanılıb

Bakı, 12 yanvar, AZƏRTAC

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 146 cinayət faktından 29-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Hadisə 2019-01-12 14:24:00