Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Məşhur “Taxt-tac oyunları” serialının əsas səhnələri İspaniyada lentə alınacaq

Madrid, 12 yanvar, AZƏRTAC

Məşhur “Taxt-tac oyunları” serialının əsas səhnələri Şimali Amerikanın HBO televiziya kanalının tam texniki təchizatı ilə İspaniyanın iki adasında - Qran-Kanariya və Tenerifedə lentə alınacaq. Çəkilişlərin 2019-cu il mart-iyun aylarında aparılacağı, sonra yekun epizodların lentə alınaraq hazır materialın hazırlanacağı İrlandiyada davam edəcəyi bildirilir.
AZƏRTAC ispan KİV-lərinə istinadla xəbər verir ki, pilot epizodun prodüseri BBC və “Netflix” ilə əməkdaşlıq etmiş britaniyalı Ceyn Qoldman olacaq. O, “Dekster” və “Beyts moteli” kimi məşhur serialların da prodüseri olub. İspaniyada çəkiləcək seriyalarda süjet xəttinin Estos və Vesterosda keçdiyi “Uzun gecə” hadisələrindən bəhs olunacaq.
Kanar adaları administrasiyasının əsas məqsədlərindən biri bu yerlərin iri çəkiliş meydançasına çevrilməsi və bunun sayəsində xəzinəyə əlavə pul vəsaiti cəlb olunmasıdır.

 

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2019-01-12 14:20:00