Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

BBC 2019-cu il üçün ən perspektivli gənc ifaçının adını açıqlayıb

Bakı, 12 yanvar, AZƏRTAC

Uzun illər evsiz-eşiksiz, səfil həyat keçirən reper Oktavian BBC-nin 2019-cu il üçün ənənəvi “Music's Sound” mükafatını qazanıb. Bu mükafat hər yeni ilin əvvəlində dünyanın ən perspektivli gənc ifaçısına verilir.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, qalib musiqi tənqidçiləri və musiqi sənayesinin nüfuzlu nümayəndələri arasında keçirilən sorğu gedişində müəyyən olunub.
Reper 2017-ci ildə “Party Here” kompozisiyası ilə şöhrət qazanıb. Oktavian “Black Butter records” səsyazma studiyası ilə müqavilə imzalayıb.

Mədəniyyət 2019-01-12 13:21:00