Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır

Bakı, 12 yanvar, AZƏRTAC
İnvestisiya təşviqi proqramı 333 layihəni əhatə edir. Onlardan 107-si 2018-ci ildə icra edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, investisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 12 min iş yeri yaradılıb. İndi baxın, əgər biz bu mexanizmə keçməsəydik, bunu tətbiq etməsəydik, ölkə iqtisadiyyatına 2,8 milyard manat qoyulmayacaqdı.

İqtisadiyyat 2019-01-12 11:56:00