Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Prezident İlham Əliyev: Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və bu, ən yüksək göstəricidir

Bakı, 12 yanvar, AZƏRTAC

Söz verdiyimiz kimi, keçən il Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və hesab edirəm ki, bu, ən yüksək göstəricidir. Dünyada nadir ölkələr tapılar ki, bu dərəcədə qazlaşdırma aparılsın.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu proses bu il də davam etdirilməlidir: “Hələ ki, bir çox kəndlərdə qaz yoxdur və o kəndlərin qazlaşdırılması gündəlikdə duran məsələdir”.
İçməli su ilə bağlı aparılan işlərdən də danışan Prezident İlham Əliyev 38 şəhərin su məsələsinin tam şəkildə öz həllini tapdığını vurğulayıb. “Hazırda 12 şəhərdə işlər gedir və yaxın gələcəkdə o şəhərlərin də içməli su ilə tam təminatı təşkil ediləcəkdir. Bu il beş şəhərdə işlər başa çatacaq. Bu sahədə görülən işlər daim diqqət mərkəzindədir. İçməli su layihələrinin icrası insanların sağlamlığına verilən böyük töhfədir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Regionlar 2019-01-12 11:27:00