Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Radiasiya Problemləri İnstitutunun laboratoriyaları üzrə elmi mövzu və planlar müzakirə edilib

Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Əvvəlcə institutun seqnetoelektriklərin radiasiya fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlının 70 illik yubileyi ilə bağlı məsələyə baxılıb. Sonra RPİ-nin 2019-cu ildə doktoranturaya qəbul imtahanlarının keçirilməsi, həmçinin dissertantların təsdiq edilməsi məsələsinə toxunulub.
İclasda institutun laboratoriyaları üzrə elmi mövzu və planlar müzakirə olunub.
O.Səmədov AMEA-nın www.science.gov.az saytında institut haqqında məlumat bazasının təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib. Qeyd edib ki, akademiyanın rəsmi saytında institut haqqında məlumatların yer aldığı səhifələrdə bölmələr üzrə informasiyalar yenilənməli, əlavə və düzəlişlər edilməlidir.

Elm və təhsil 2019-01-12 10:43:00