Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çinin Kaşğar prefekturasında 5,1 bal gücündə zəlzələ olub VİDEO

Pekin, 12 yanvar, AZƏRTAC
Çinin Sincan-Uyğur Muxtar Rayonunun Kaşğar prefekturasında 5,1 bal gücündə zəlzələ olub.
AZƏRTAC Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkan Kaşğar prefekturasının Şufu qəsəbəsində yerli vaxtla saat 12:32-də qeydə alınıb. Zəlzələnin episentri yer səthindən 10 kilometr dərinlikdə olub.
Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-01-12 10:15:00

Video