×
A
A
A
Sazlamalar

Tennis üzrə ikiqat Olimpiya çempionu Endi Murrey idmanla vidalaşır

London, 11 yanvar, AZƏRTAC
Tennis üzrə ikiqat Olimpiya çempionu, keçmiş dünya çempionu Endi Murrey karyerasını başa vurduğunu deyib.
AZƏRTAC xəbər verir ki, o, Avstraliyanın Melburn şəhərində keçirilən mətbuat konfransında qərarını jurnalistlərlə bölüşüb. 31 yaşlı Murrey bildirib ki, buna səbəb ombasından aldığı zədədir.
Qeyd edək ki, E.Murrey 1977-ci ildən bəri “Böyük Dəbilqə”ni qazanan (2012-ci il) ilk britaniyalı tennisçidir.


Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

İdman 2019-01-11 21:32:00