×
A
A
A
Sazlamalar

“Qəbələ” klubu gürcüstanlı futbolçunu transfer edib

Bakı, 11 yanvar, AZƏRTAC
2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.
AZƏRTAC xəbər verir ki, “Qırmızı-qaralar” gürcüstanlı futbolçu Davit Volkovini heyətinə qatıb. İyirmi dörd yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.
Sonuncu klubu “Saburtalo” olan Volkovi 2017-ci ildə bu komandaya transfer edilib. Hücumçu buna qədər Gürcüstanda “Qaqra”, “Dinamo” (Tbilisi), həmçinin icarə əsasında “Dinamo-2”, “Çixura” və “Sioni”də çıxış edib. O, 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legioner həyatı yaşayıb.
Xatırladaq ki, “Qəbələ” bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.

İdman 2019-01-11 20:18:00