×
A
A
A
Sazlamalar

Censon Batton karyerasını “Super GT”də davam etdirəcək

Bakı, 11 yanvar, AZƏRTAC 

Censon Batton 2019-cu ildə yürüş karyerasını “Super GT” Yaponiya seriyasında davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, “Kunimitsu” komandası ilə müqaviləsinin müddətini uzadan Formula 1 yarışmasının dünya çempionu komanda yoldaşı Naoki Yamamoto ilə 100 nömrə altında “Honda”nın sükanı arxasında seriyanın hazırkı çempionu adını qorumağa cəhd göstərəcək.
Censon Batton deyib: “Beləliklə, mən bunu indi elan edirəm. Naoki Yamamoto ilə birlikdə “Kunimitsu” komandasında “Super GT”də öz titulumuzu qoruyacağıq. Avtomobilimiz üzərindən sıfırların götürülməsini səbirsizliklə gözləyirəm”.
Yapon kuzovu seriyasında iştirakla yanaşı, Censon Batton 2019-cu ildə “SMP Racing” ekipajının tərkibində “24 saat Le-Man”ın (“24 Heures du Mans”) startına da çıxacaq. Bundan başqa, Censon Formula 1 mərhələlərinə “Sky Sports F1” telekanalının eksperti qismində də qatılacaq.

İdman 2019-01-11 19:55:00