×
A
A
A
Sazlamalar

“Bavariya”nın hücumçusu Tomas Müller “Liverpul” ilə oyunda meydana çıxa bilməyəcək

Bakı, 11 yanvar, AZƏRTAC
“Bavariya” futbol klubunun hücumçusu Tomas Müller UEFA Çempionlar Liqasının pley-off mərhələsi “Liverpul” komandasına qarşı oyunda meydana çıxa bilməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb 29 yaşlı hücumçunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin altıncı turunda Hollandiyanın “Ajaks” komandası ilə görüşün 75-ci dəqiqəsində Nikolas Talyafikoya qarşı kobud oyuna görə hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılması olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində “Bavariya” – “Liverpul” görüşü fevralın 20-də, cavab qarşılaşması isə martın 14-də oynanılacaq.

İdman 2019-01-11 18:31:00