×
A
A
A
Sazlamalar

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı, 11 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - yanvarın 12-13-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 6-11°, dağlıq rayonlarda 3-8° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Lakin yanvarın 13-də axşama doğru yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 8-13°, dağlıq rayonlarda 5-10° isti olacağı proqnozlaşdırılır.
Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış yağacağı, səhər saatlarında duman olacağı ehtimal edilir. Havanın maksimal temperaturunun 9-14° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 13-də axşama doğru yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Havanın maksimal temperaturu 5-10° isti olacaq.
Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 13-də gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi yanvarın 13-də axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 8-12° isti olacağı bildirilir.

Ekologiya 2019-01-11 18:29:00