“Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı sərgi açılacaq
Bakı, 11 yanvar , AZƏRTAC
Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov AZƏRTAC-a bildirib ki, yanvarın 17-də reallaşacaq sərgi Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Mərkəz direktoru müsabiqə barədə məlumat verərək deyib ki, müsabiqəyə 400-ə yaxın uşaq 700-dək əsər ilə qatılıb. Münsiflər heyətinin qərarı ilə 110 uşağın işi sərgidə nümayiş edilmək üçün seçilib. Sərgidə nümayiş ediləcək 120-dək sənət əsərinin müəllifləri sonda diplomla təltif ediləcək.
Qeyd edək ki, müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 yaş qədər və 12-17 yaşarası) aparılıb.
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb