Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dinimiz milli-mənəvi sərvətimizdir

Lerik, 11 yanvar, Bağır Əliyev, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonunun Bırkandul kənd məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” layihəsi çərçivəsində Günəşli kənd məscidində maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Dinimiz milli-mənəvi sərvətimizdir” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı, dini icmaların sədrləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov dinimizin mənəvi sərvətimiz olduğunu vurğulayaraq, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb.
Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Bırkandul kənd məscidi dini icmasının sədri Şəfaət Heydərov, kənd ağsaqqalı Fərman Hüseynov və başqaları mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2019-01-11 18:03:00