Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.
Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları maliyyə vəziyyəti haqqında, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərdən ibarət olmaqla müəyyənləşdirilib.
Eyni zamanda, maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiqlənib və təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin forma doldurularaq Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az  sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabatı təqdim etmək olar.

Maliyyə 2019-01-11 17:49:00