Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Riyaziyyat və Mexanika İnstitutunda harmonik analizin müasir problemləri müzakirə olunub

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqi” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, professor Alik Nəcəfovun “Small-small Sobolev-Morri fəzalarının bəzi diferensial xassələri” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə nəzəri mülahizələrin tətbiqi məsələləri müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.

Elm və təhsil 2019-01-11 17:43:00