×
A
A
A
Sazlamalar

BOK Yaponiya Olimpiya Komitəsinin rəhbərinə münasibətdə təqsirsizlik prezumpsiyasına riayət edəcək

Bakı, 11 yanvar, AZƏRTAC
“Inside the Games” portalı xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Yaponiya Olimpiya Komitəsinin rəhbəri, korrupsiyada ittiham edilən Sunekadzu Takedaya münasibətdə təqsirsizlik prezumpsiyasına riayət etmək niyyətindədir.
Beynəlxalq Olimpiya Komitəsinin etika komissiyası Takedanın barəsində korrupsiya haqqında iş üzrə təhqiqata başlayıb. BOK-un bəyanatında deyilir: “BOK cənab Takedaya münasibətdə təqsirsizlik prezumpsiyasına riayət edəcək. Bu hadisələr BOK genişmiqyaslı islahatlar aparana qədər baş verib. Həmin islahatlar sayəsində komitə özünün etnik kodeksini təsbit etməyə nail olub”.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, fransalı müstəntiqlər Takedaya korrupsiya ilə bağlı ittiham təqdim ediblər. Bu ittihamlar dekabrın 10-da 2020-ci il Olimpiya Oyunlarının paytaxtının seçilməsi gedişində korrupsiya barədə iş üzrə Paris müstəntiqləri tərəfindən təqdim edilib. İstintaqın fikrincə, 2013-cü ildə keçirilmiş seçkilərdə Tokionun qələbəsi Yaponiya tərəfin Afrika nümayəndələrinin səslərini qazanmasına imkan yaratmış gizli bank əməliyyatlarının nəticəsi olub. İstintaq versiyasına görə, rüşvət verilməsini sanksiyalaşdıran Takeda olub.
2020-ci il Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək Yaponiyada keçiriləcək.

İdman 2019-01-11 18:14:00