Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ötən il Qax rayonunda 13 subartezian quyusu qazılıb

Qax, 11 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, 2014-2018-ci illər ərzində Qax rayonunda 54 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində yüz hektarlarla əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Qurumdan bildiriblər ki, torpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə təkcə 2018-ci ildə Qax rayonunun ərazisində 13 subartezian quyusu qazılıb. Bundan əlavə, suvarma kanallarında 377 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib, 53 ədəd hidroqovşaq və 49 ədəd hidrotexniki qurğu təmir edilib.

Regionlar 2019-01-11 16:41:00