Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ötən il DMX-yə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 27 mindən çox müraciət daxil olub

Bakı, 11 yanvar, AZƏRTAC
Ötən il Dövlət Miqrasiya Xidmətinə (DMX) vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 min 509 müraciət daxil olub. Bu göstərici 2017-ci ilin müvafiq dövründə 31 min 507 təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu DMX-nin 2018-ci ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında qurumun rəisi Vüsal Hüseynov deyib.
DMX rəisi diqqətə çatdırıb ki, hesabat dövründə ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayı 16 faiz artıb. Hazırda bu şəxslərin sayı 78 nəfərdir. 2017-ci ilin müvafiq dövründə bu rəqəm 67 nəfər olub.
V.Hüseynov qeyd edib ki, Azərbaycan qaçqın statusu ilə yaşayanların 5-i Liviyadan, 28-i Əfqanıstandan, 2-si Pakistandan, 43-ü isə İrandandır. Ötən il, həmçinin xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib.

Sosial 2019-01-11 16:22:00