×
A
A
A
Sazlamalar

Gömrük orqanına bəyan olunmayan malların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 11 yanvar, AZƏRTAC

Gömrük orqanına bəyan olunmayan malların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Setra Kaessbohrer” markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin radiator üçün nəzərdə tutulmuş yerində olan 4 ədəd əl çantasının içərisindən gömrük orqanına bəyan olunmayan 14 min 600 ədəd mobil telefon üçün örtük, 6000 ədəd mobil telefon silmək üçün salfet və 80 ədəd plastik qabda maye yağ aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-01-11 14:56:00