×
A
A
A
Sazlamalar

“Real Betis” klubu Meksika milisinin üzvünü transfer edib

Bakı, 11 yanvar, AZƏRTAC
İspaniyanın “Real Betis” klubu Meksika milli komandasının hücumçusu Dieqo Laynesi transfer edib.
AZƏRTAC “Betis” klubunun rəsmi saytına istinadla xəbər verir ki, 18 yaşlı futbolçu ilə 2024-cü ilədək müqavilə imzalanıb. Dieqo Laynes Meksikanın “Amerika” klubundan 17 milyon avro qarşılığında transfer olunub.
Karyerasına “Amerika” klubunda başlayan meksikalı hücumçu cari mövsümdə 18 oyuna 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Laynes 2018-ci ilin sentyabrında Meksika millisinin heyətində debüt edib.

İdman 2019-01-11 14:05:00