×
A
A
A
Sazlamalar

Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Bakı, 11 yanvar, AZƏRTAC

Xətai rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin və 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində dörd avtomobildən parfümeriya, üç noutbuk, geyim əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Müşfiq Zeynalov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Hadisə 2019-01-11 13:41:00