×
A
A
A
Sazlamalar

Gömrükçülər güclü təsir edən maddə aşkarlayıb

Bakı, 11 yanvar, AZƏRTAC

Gömrükçülər güclü təsir edən maddə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın gödəkcəsinin iç sağ cibindən, gömrük orqanına bəyan edilməyən cib dəsmalına bükülmüş şəkildə, üzərində “PGN 300” yazısı olan 11 kapsul “Lyrica (preqabalin)” dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, “Lyrica (preqabalin)” adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-01-11 13:01:00