×
A
A
A
Sazlamalar

“Qəbələ”nin məşqçi və futbolçu heyəti üçün seminar təşkil olunub

Bakı, 11 yanvar, AZƏRTAC

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin üzvləri “Qəbələ”nin əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbirdə komitənin sədri Frits Ştuxlik, üzvü Elçin Məmmədov və FIFA referisi Əliyar Ağayev iştirak ediblər.
Komitə rəhbəri komanda üçün seminar keçib. Seminar iki hissədən ibarət olub. Əvvəlcə komanda üzvləri oyun qaydalarındakı yeniliklərlə tanış olub, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları kimi bəzi qaydalar barədə ətraflı məlumatlandırılıblar. Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.

İdman 2019-01-11 12:18:00