×
A
A
A
Sazlamalar

Ağdaş rayonunda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakı, 11 yanvar, AZƏRTAC

Ağdaş rayon sakini olan qadın yaşadığı evə piyada gedərkən naməlum şəxsin ona yaxınlaşaraq zor tətbiq etdiyini və içərisində pul, mobil telefon, maaş kartı, kosmetika, digər əşyalar olan çantasını alıb qaçması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib. Onun ötən il dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkarlanıb. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2019-01-11 12:11:00