×
A
A
A
Sazlamalar

"Sumqayıt" futbol klubu Antalyada təlim-məşq toplanışı keçəcək

Sumqayıt, 11 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

“Sumqayıt" futbol klubu yanvarın 4-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib. Komanda baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 11-dək ölkəmizdə keçəcək.
Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, hazırlığın ikinci mərhələsi isə yanvarın 13-dən 27-dək Türkiyədə davam etdiriləcək. Təlim-məşq toplanışı Antalyanın Belek bölgəsində olacaq.
"Sumqayıt" qardaş ölkədə 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 15-də Qazaxıstanın "Jetısu", 19-da Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.

İdman 2019-01-11 12:04:00