×
A
A
A
Sazlamalar

Sabah Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatı start götürəcək

Bakı, 10 yanvar, AZƏRTAC 

Sabah Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, böyüklər arasında təşkil ediləcək paytaxt yarışında kişilər və qadınlar qaçış, yadro itələmə, üçtəkanla, hündürlüyə və uzunluğa tullanma yarışlarında iştirak edəcəklər.
Bakı çempionatında, ümumilikdə, 100-ə yaxın iştirakçı mübarizə aparacaq.

İdman 2019-01-10 20:19:00