×
A
A
A
Sazlamalar

“Qalatasaray” klubu növbəti transferini reallaşdırıb

Bakı, 10 yanvar, AZƏRTAC
İstanbulun “Qalatasaray” futbol klubu müdafiəçi Emre Taşdemiri transfer edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 23 yaşlı futbolçu “Qalatasaray” ilə 2020-ci ilin yayınadək qüvvədə olan müqavilə bağlayıb.
Emre Taşdemir “Bursaspor” klubundan transfer edilib. Futbolçu cari mövsümdə keçirdiyi oyunlarda 2 qol vurub və 9 məhsuldar ötürmə verib.
Müdafiəçi 2015-ci ildə Fateh Terimin rəhbərliyi ilə Türkiyə millisinin heyətində dörd oyunda iştirak edib.

İdman 2019-01-10 19:12:00