×
A
A
A
Sazlamalar

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclərlə işin təşkilinə dair müzakirələr aparılıb

Bakı, 10 yanvar, AZƏRTAC

Suraxanı rayon Heydər Əliyev Mərkəzində gənclərlə işin təşkilində keyfiyyətin artırılması məqsədilə yeniyetmə və gənclərlə işin təşkili mövzusunda təlim keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, təlimdə iştirakçılara “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, Azərbaycan dövlətinin həyata keçirdiyi çoxşaxəli gənclər siyasəti haqqında ətraflı məlumat verilib. Həmçinin ölkəmizin ictimai-siyasi həyatında gənclərin yüksək fəallığının təmin olunması yolları müzakirə edilib.
Sonda iştirakçılar sertifikatlarla təltif olunublar.

Sosial 2019-01-10 18:41:00