×
A
A
A
Sazlamalar

Yeniyetmə samboçular arasında Bakı birinciliyi start götürəcək

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 11-də Abşeron Olimpiya İdman Kompleksində 2001-2002-ci illər təvəllüdlü samboçular arasında Bakı birinciliyi start götürəcək.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçiriləcək yarışlarda 10 çəki dərəcəsində 100-dək idmançı qüvvəsini sınayacaq.
Turnirin nəticələrinə əsasən, ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.
Birinciliyə yanvarın 13-də yekun vurulacaq.

İdman 2019-01-10 18:35:00