Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1051-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 748, № 11, maddə 1093; 2010, № 4, maddə 276; 2016, № 11, maddə 1772; 2017, № 5, maddə 704, № 12, I kitab, maddə 2252) 11.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“11.1.7. kredit bürosundan əsas borcalana aid kredit hesabatı, həmçinin əsas borcalanın kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumat;”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2018-ci il.

Qanunlar 2019-01-10 18:12:00