×
A
A
A
Sazlamalar

Stolüstü tennisçilərimiz Rusiyada beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Bakı, 10 yanvar, AZƏRTAC 

Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha aşağı yaşlı stolüstü tennisçilər arasında beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, fevralın 1-də start götürəcək yarışlarda ölkəmizi məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə dörd idmançı təmsil edəcək. Yarışlarda qızlar arasında Fatimə Cəfərova, Mehriban Dadaşova, oğlanlardan isə Hacımurad Məmmədbəyov və Xaliq Becanov qüvvələrini sınayacaqlar.
Turnir iki gün davam edəcək.

İdman 2019-01-10 17:16:00