×
A
A
A
Sazlamalar

İlk dəfə olaraq kommersiya məqsədli kvant kompüteri hazırlanıb

Bakı, 10 yanvar, AZƏRTAC 

Las-Veqasda keçirilən “CES 2019” sərgisində “IBM” şirkəti ilk dəfə olaraq kommersiya məqsədli kvant kompüterini təqdim edib.
AZƏRTAC xəbər verir ki, ferra.ru saytının məlumatına görə, 20 kubitlik “IBM Q System One” kvant və klassik hesablama komponentlərini birləşdirir.
Böyük ölçüyə malik “IBM Q System One” laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Onun xarici görünüşü məşhur dizaynerlər tərəfindən hazırlanıb. İstehsalçıların fikrincə, onu əsl incəsənət əsəri hesab etmək olar. “IBM Q” kənarları 3 metr təşkil edən havakeçirməz kub şəklindədir.
Kompüterin satışa çıxarılma müddəti və qiyməti barədə hələlik məlumat verilmir.

Texnologiya 2019-01-10 16:56:00