×
A
A
A
Sazlamalar

“Don Kixot” baleti növbəti dəfə nümayiş ediləcək

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 16-da Azərbaycan Dövlət Opera və Balet Teatrında Lüdviq Minkusun üçpərdəli “Don Kixot” baleti izləniləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, libretto müəllifi Marius Petipa olan balet Xalq artisti Cavanşir Cəfərov tərəfindən idarə ediləcək.
Səhnə əsərində partiyaları Nigar İbrahimova, Gülağasi Mirzəyev, Ayan Eyvazova, Samirə Məmmədova və Aydın Mustafayev idarə edəcək.

Teatr və kino 2019-01-10 16:22:00