×
A
A
A
Sazlamalar

Niyazinin mənzil muzeyində ilin ilk tədbiri dirijorluq sənətinə həsr ediləcək

Bakı, 10 yanvar, AZƏRTAC

Niyazinin mənzil muzeyində ilin ilk tədbiri dirijorluq sənətinə həsr ediləcək. Muzeyin budəfəki qonağı Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev olacaq.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a bildirib ki, yanvarın 16-da Musiqi Mədəniyyət Dövlət Muzeyinin təşəbbüsü ilə reallaşacaq tədbirdə dirijorun yaradıcılığından danışılacaq, dirijorluq sənəti ilə bağlı maraq doğuran suallar cavablandırılacaq.
Tədbir çərçivəsində bir sıra gənc ifaçıların çıxışları da dinləniləcək.

 

Mədəniyyət 2019-01-10 15:24:00