×
A
A
A
Sazlamalar

Qahirədə futbolçu Məhəmməd Salahın şəxsi əşyalarının nümayiş olunacağı muzey açılacaq

Qahirə, 10 yanvar, AZƏRTAC

Misir hökuməti Qahirədə futbol üzrə bu ölkənin milli komandasının və İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Məhəmməd Salahın adını daşıyacaq muzey yaradacaq.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Misirin gənclər və idman naziri Əşrəf Sübhi məlumat verib. Onun sözlərinə görə, muzey Qahirənin qərbindəki Əl-Cəzirə Gənclik Mərkəzində açılacaq. Nazir xüsusi vurğulayıb ki, Məhəmməd Salah futbol üzrə Misir yığmasının və “Liverpul” komandasının uğurlar qazanmasında mühüm rol oynayıb. Hücumçunun 2018-ci ildə Afrika qitəsinin ən yaxşı futbolçusu adına layiq görüldüyünü xatırladan nazir qeyd edib ki, muzeydə Məhəmməd Salahın qazandığı medallar, idman geyimləri, fotoları və digər şəxsi əşyaları sərgilənəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

İdman 2019-01-10 14:12:00