×
A
A
A
Sazlamalar

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi davam edir

Bakı, 10 yanvar, AZƏRTAC 

“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparır. Birinciliyin ilk günündə qızlar və oğlanlar arasında üç çəki dərəcəsində qaliblər müəyyənləşib.
Respublika birinciliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub.
Birinciliyə yanvarın 11-də yekun vurulacaq.

İdman 2019-01-10 14:06:00