×
A
A
A
Sazlamalar

Çində Yer kürəsinin modelləşdirilməsi platforması yaradılacaq

Bakı, 10 yanvar, AZƏRTAC 

Yer kürəsi sisteminin modelləşdirilməsi layihəsi Çinin paytaxtı Pekinin Miyun rayonunda reallaşdırılacaq.
AZƏRTAC belta.by saytına istinadla xəbər verir ki, bu sistem Yer kürəsi sisteminin kəmiyyət təsvirini verməyə və modelləşdirilməsini aparmağa imkan verəcək. Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun direktoru Çju Tszyan bildirib ki, bu, atmosfer, hidrosfer, kriosfer və biosferin inkişaf qanunauyğunluqlarını, həmçinin onlar arasında qarşılıqlı təsiri dərindən başa düşməyə kömək edəcək.
Layihənin infrastrukturunun yaradılması üzrə işlərə keçən ilin avqust ayında başlanılıb. Pekinin mərkəzindən şimalda yerləşən Miyun ərazisində ekologiya, ətraf mühit, iqlim dəyişikliyi və resursların mənimsənməsinin tədqiqi üçün meydançalar yaradılacaq.

Texnologiya 2019-01-10 13:31:00