×
A
A
A
Sazlamalar

Yeniyetmə və gənc karateçilərimiz Xorvatiya Qran-Prisində mübarizə aparacaqlar

Bakı, 10 yanvar, AZƏRTAC 

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız beynəlxalq turnirdə iştirak etmək üçün Xorvatiyaya yola düşüb.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Samobor şəhərində təşkil ediləcək 28-ci Xorvatiya Qran-Prisində kumite üzrə 19, kata üzrə 3 idmançımız mübarizəyə qoşulacaq. Kumite üzrə baş məşqçi Anar Allahverdiyev yeniyetmələrdən 5 idmançının, müxtəlif yaşlı gənclərdən isə 14 karateçinin yarışa qatılmasına üstünlük verib.
Bundan başqa, turnirdə 14-15 yaşlı yeniyetmələrdən Ramil Balakişiyev (52 kq), Hüseyn Məmmədli (57 kq), Tale Yaqubov (63 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (47 kq) mübarizə aparacaqlar. Eləcə də 16-17 yaşlı gənclərdən Fərid Əbdülkərimov (55 kq), Əminağa Quliyev (61 kq), Tural Yaqubov (68 kq), Fərid Şahbazlı (76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıqova (48 kq), Ayla Rzazadə (59 kq), 18-20 yaşlı gənclərin yarışında isə Müseyib Məmmədov (60 kq), Qəşəm İskəndərov (75 kq), Murad Hacızadə (+84 kq), Emil Güləhmədov (+84 kq), İnci Əzizova (55 kq), Bəsti İsmayılova (61 kq), Zamira Rzayeva (68 kq) tatami üzərinə çıxacaqlar.
Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələrdən Emin Namazova, 16-17 yaşlılardan Ceyhun İsgəndərova, 18-20 yaşlı gənclərdən isə Roman Heydərova şans verib.
Qran-Pri turniri ilə əlaqədar kata üzrə məşqçi Anar Əhmədov, milli hakimlər Mircabbar Seyidov, Seymur Məmmədov və Mehman Mədətov da Xorvatiyaya yola düşüblər.
Yarışlarda 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi iştirak edəcək.

 

İdman 2019-01-10 12:45:00