×
A
A
A
Sazlamalar

Amerikalı hüquq professoru Vəkillər Kollegiyasında sahibkarlıq hüququ üzrə seminar keçirib

Bakı, 10 yanvar, AZƏRTAC 

ABŞ Ali Məktəblərinin Azərbaycanlı Məzunları Assosiasiyasının və Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin dəstəyi ilə Bakıda vəkillər üçün sahibkarlıq hüququ mövzusunda seminar keçirilib.
Kollegiyadan AZƏRTAC-a bildiriblər ki, “Alumni MAX Speaker” proqramı çərçivəsində ölkəmizdə səfərdə olan Sent-Luis Universitetinin professoru Patrisia Li tərəfindən aparılmış seminarda “Vergilər Məcəlləsində kiçik sahibkarlığın təşviqinə dair nəzərdə tutulan normalar”, “Sadələşdirilmiş vergiödəyiciləri üçün məhdudiyyətlər” və sair mövzularda müzakirələr aparılıb.
Tədbir çərçivəsində professor Patrisia Li ilə görüşən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycanda vəkillik institutunun inkişafı sahəsində görülmüş işlər, vəkillərin sayının artırılması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verib. Söhbət zamanı belə təlim və seminarların davamlı təşkilinin vəkillər üçün əhəmiyyəti qeyd edilib.

 

Sosial 2019-01-10 12:23:00