“Balaca şahzadə” Musiqili Teatrda səhnəyə çıxacaq
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında “Balaca şahzadə” tamaşasının məşqləri davam edir. Görkəmli fransız yazıçısı Antuan dö Sent Ekzüperinin eyniadlı əsəri əsasında hazırlanan tamaşa yaxın zamanlarda teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Məryəm Ələkbərli, xoreoqraf Sergey Gritsay, baletmeysterlər, Əməkdar artistlər Zakir Ağayev, Yelena Ağayeva, musiqi rəhbəri, Əməkdar artist Vaqif Məstanov, rejissoru, Əməkdar artist Nofəl Vəliyevdir.
Tamaşanın bədii yaradıcı heyətinə baş dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, truppa müdiri, Əməkdar mədəniyyət işçisi Vidadi Həsənov daxildir.
Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO